Dekabrın 17-i saat 22:40-da bir nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Məlumatda qeyd olunub ki, 1982-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin termiki yanığı, sol said nahiyəsinin açıq yarası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib:
"İxtisaslı tibbi xidmətin göstərilməsi üçün pasiyent saat 23:30-da Mingəçevir şəhərində özəl tibb müəssisəsinə təxliyə olunub".