Beyləqanda dörd yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb.
Liderxeber.az xəbər verir ki, hadisə rayonun Tatalılar kəndində baş verib.
Kənd sakini 2021-ci il təvəllüdlü Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. Ailə üzvləri hadisədən gec xəbərləri olduğundan U.İmanzadə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma başlanıb.