Dövlət Sərhəd Xidməti tərəfindən elan edilmiş dörd satınalma müsabiqəsi ləğv olunub.
Liderxeber.az xəbər verir ki, tenderlərin ləğv edilməsinə səbəb kimi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim edən, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik təchizatçıların sayının üçdən az olması göstərilib.
Ləğv edilən tenderlər bunlardır:
- "Yataq dəstləri" adlı müsabiqə - ehtimal olunan qiymət 2 682.26 manat;
- "Sərhədçi" İstirahət Mərkəzində taxta gəmidə cari təmir işləri - ehtimal olunan qiymət 32 193.13 manat;
- "Tikinti materialları" üzrə müsabiqə - ehtimal olunan qiymət 59 537.17 manat;
- "Dəftərxana ləvazimatları" adlı müsabiqə - ehtimal olunan qiymət 2 302.46 manat.
Ləğv edilən dörd tenderin ümumi ehtimal olunan maliyyə dəyəri 96 min 714 manat təşkil edir.