Вернуться назад Распечатать

Cəlilabadda saxta alkoqollu içkilərin satışa çıxarıldığı aşkarlanıb

Cəlilabad rayonundakı bəzi mağazalarda saxta alkoqollu içkilərin satışa çıxarıldığı məlum olub.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Cəlilabad şəhər, H.Əliyev prospekti, ev 9 ünvanında Füzuli Əvəz oğlu Quliyevə məxsus "055 şərab evi" mağazasında, rayonun Göytəpə şəhəri, F.Bayramov küçəsi, ev 87 ünvanında Hikmət Əliağa oğlu Qurbanova məxsus "Məhəllə" marketdə və Cəlilabad şəhəri, H.Əliyev prospektində Akif Ağaxan oğlu Əliyevə məxsus "Yaşar" marketdə keçirilmiş plandankənar yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Yoxlama zamanı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

Faktlarla bağlı inzibati protokol tərtib edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.