Вернуться назад Распечатать

Səbuhi Rzayev: "Gələn ildən bütün ixtisaslar üzrə yenilənmə aparılacaq"

"Növbəti ildən bakalavr səviyyəsində bütün ixtisaslar üzrə yenilənmə aparılacaq və yeni tədris proqramları hazırlanacaq".

Liderxeber.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Tələbə Təhsil Krediti Fondunun dördillik fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat tədbirində deyib.

Onun sözlərinə görə, bu tədris ilindən etibarən Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ali təhsil müəssisələrinin nümayəndələri və əmək bazarının əsas iştirakçılarının birgə formalaşdırdığı komissiyalar vasitəsilə magistratura səviyyəsində bütün ixtisaslar üzrə yenilənmə aparılıb, müasir dövrün tələblərinə uyğun yeni tədris proqramları hazırlanıb. Növbəti mərhələdə isə bunun bakalavr səviyyəsində də tətbiqi planlaşdırılır.