Вернуться назад Распечатать

Elektron siqaret qadağası - Bu tarixdə qüvvəyə minəcək

Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, istifadəsi, topdan və pərakəndə satışına dair qadağa gələn il aprelin 1-dən qüvvəyə minəcək.

Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisin sabah keçiriləcək plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Milli Məclis dekabrın 19-da qanun layihəsini birinci oxunuşda qəbul edib və həmin redaksiyada qanun qəbul olunacağı halda 2026-cı il fevralın 1-dən qüvvəyə minəcəyi əksini tapmışdı.

Layihənin ikinci oxunuşunda isə bu müddət 2026-cı il 1 aprellə əvəzlənir.