27 dekabr saat 00:00-dan etibarən Bakının Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsindən Fətəli Xan Xoyski küçəsinə qədər olan hissədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, buna səbəb Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq, metronun "Koroğlu" stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi ilə əlaqədar işlərdir:
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur".