Вернуться назад Распечатать

Neftçalada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Neftçala Rayon İcra Hakimiyyəti və Xanoğlan Məmmədov adına Neftçala Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib.
 
Tədbirdə Neftçala RİH-nin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və onların övladları, aztəminatlı ailələr və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak edib.
 
Bayram tədbiri çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyəti, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideyaları, milli birlik və həmrəylik dəyərləri vurğulanıb, möhtərəm Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət suverenliyinin tam təmin edildiyi və xalqımızın tarixi Zəfərin qürurunu yaşadığı qeyd olunub.
 
 Bayram proqramında milli musiqi nümunələri, rəqs kompozisiyaları, səhnəciklər və tematik çıxışlar nümayiş etdirilib. Rayonun tarixi-mədəni irsini, qədim balıqçılıq ənənələrini əks etdirən səhnə nümunələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş edib.
 
Şaxta baba və Qar qızın iştirakı uşaqlar üçün xüsusi bayram əhval-ruhiyyəsi yaradıb və tədbirin ən yaddaqalan məqamlarından biri olub. Sonda balaca iştirakçılara Yeni il hədiyyələri təqdim olunub, proqram isə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səsləndirilən xoş arzular və birlik ruhu ilə başa çatıb.
1
1
1
1
1