Вернуться назад Распечатать

Məhkəmədən Ağadadaş Ağayevlə bağlı yeni qərar

Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Xalq artisti Ağadadaş Ağayevin şərti cəzadan azad edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin müraciətinə baxılıb.

Liderxeber.az-ın məlumatına görə, prosesdə qərar qəbul edilib. Qərara əsasən, A.Ağayevə amnistiya aktı tətbiq edilib, o, cəzasının çəkilməmiş hissəsindən azad olunub və məhkumluğu götürülüb.

11:17

Xuliqanlıqda təqsirləndirilərək 2 il azadlıqdan şərti məhkum edilən Xalq artisti Ağadadaş Ağayev Binəqədi Rayon Məhkəməsinə gəlib.

Liderxeber.az-ın məlumatına görə, bu dəqiqələrdə Xalq artistinin cəzadan azad olunması ilə bağlı Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin müraciətinə baxılır.