Вернуться назад Распечатать

“Hüquq müdafiəçiləri klubu” qrant layihəsinin açılışı olub

“Hüquq müdafiəçiləri klubu” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub.

Liderxeber.az xəbər verir ki, layihə çərçivəsində şagirdlərin hüquq və konstitusiya biliklərinin artırılması, vətəndaşlıq şüurunun formalaşdırılması və hüquqi düşüncə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə məktəbdə “Hüquq müdafiəçiləri klubu”nun yaradılması nəzərdə tutulur. Bu çərçivədə hüquq və konstitusiya mövzularında maarifləndirici seminarların təşkili, tanınmış ekspertlərlə görüşlərin keçirilməsi, şagirdlərin biliklərinin qiymətləndirilməsi üçün test və viktorinaların təşkili, hüquq mövzulu debat və müzakirələr, eləcə də iki interaktiv rollu oyun (simulyasiya) həyata keçiriləcək.

Xatırladırıq ki, “Hüquq müdafiəçiləri klubu” qrant layihəsi Ləman Məstalıyeva tərəfindən Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilir. Layihənin məqsədi şagirdlərin hüquqi biliklərini artırmaqla yanaşı, onların məsuliyyətli və fəal vətəndaş kimi formalaşmasına töhfə verməkdir.