Bakının Binəqədi rayonunda yanğın başlayıb.
Liderxeber.az xəbər verir ki, bu haqda FHN-in Mətbuat xidməti məlumat yayıb.
Nazirliyin “112” qaynar telefon xəttinə Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.