Вернуться назад Распечатать

Tanınmış xanəndəmiz İrandan Bakıya gələrkən saxlanıldı

Azərbaycanın tanınmış xanəndəsi İranda hava limanında saxlanılıb.

Liderxeber.az xəbər verir ki, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən aeroportda saxlanılıb.

Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.

Bu barədə məlumatı Q.Abbasov təsdiqləyib, lakin ətraflı məlumat verə bilməyib. Daha sonra isə telefonu söndürülüb.