Hadrut ərazisində müşahidə olunan intensiv qar yağışı nəticəsində qar örtüyünün hündürlüyü 80 santimetrə yüksəlib.
Liderxeber.az-ın məlumatına görə, hazırda bölgədə qar yağmaqda davam edir.
Məlumata əsasən, kommunal və texniki xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Əsas və alternativ yolların qardan təmizlənməsi istiqamətində işlər aparılır, vəziyyət aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılır.