Вернуться назад Распечатать

Xidmət rəisi: "Cari il əməyin mühafizəsi sahəsində daha 60 standartın tətbiqi nəzərdə tutulur"

"Azərbaycanda cari il əməyin mühafizəsi sahəsində daha 60 standartın tətbiqi nəzərdə tutulur. Hazırda bu sahədə 167 standart tətbiq edilir".

Liderxeber.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, 110 yeni dövlət standartı qəbul olunub və bununla da 2024-2025-ci illər ərzində əməyin təhlükəsizliyi sahəsində təsdiq edilmiş dövlət standartlarının sayı 167-yə çatdırılıb.