Qırğızıstanda Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun Qırğızıstan tərəfdən həmsədri Zamirbek Osmanov ilə Türkiyə Ticarət Mərkəzinin təsisçisi Yılmaz Okuklu və Türkiyə Ticarət Mərkəzinin Direktorlar Şurasının üzvü Rafiq Qarayev arasında görüş keçirilib.
Liderxeber.az xəbər verir ki, görüş zamanı türk dünyası ölkələri arasında ticarət-iqtisadi əlaqələrin inkişafı, investisiya imkanları, eləcə də birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub. Tərəflər Azərbaycan–Qırğızıstan iqtisadi əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Səmimi və konstruktiv atmosferdə baş tutan görüşdən sonra təşkil olunan rəsmi nahar çərçivəsində Azərbaycan–Qırğızıstan əməkdaşlığının inkişafına verdiyi töhfələrə görə Zamirbek Osmanova Türkiyə Ticarət Mərkəzinin təsisçisi Yılmaz Okuklu və Direktorlar Şurasının üzvü Rafiq Qarayev adından xatirə plaketı təqdim edilib.
Qeyd edək ki, Türkiyə Ticarət Mərkəzi türk dünyası ölkələri arasında davamlı ticarət və investisiya əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.