Вернуться назад Распечатать

Qəbələdə “Nissan” aşdı - 28 yaşlı sürücü öldü

Gecə saatlarında Qəbələdə ağır yol qəzası baş verib.

Liderxeber.az xəbər verir ki, saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələnin Nic qəsəbəsindən keçən hissəsində “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə 28 yaşlı sürücü Mətin İbrahimov hadisə yerində ölüb, 2000-ci il təvəllüdlü sərnişini Kənan Zakirzadə xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.