Вернуться назад Распечатать

Cinayət törədən uşaqlar hökmə qədər həbs edilməyə bilər

Cinayət törətməkdə təqsirləndirilən uşaqların məhkəmə hökmünə qədər həbs edilməməsinə üstünlük verilməlidir.

Liderxeber.az xəbər verir ki, bu təklif  Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni - “Uşaq hüquqları” haqqında qanun layihəsində öz əksini tapıb.

Layihədə göstərilib ki, hər hansı cinayət törətməkdə təqsirləndirilən uşağın barəsində cinayət təqibi həyata keçirilərkən müvafiq orqanlar tərəfindən həbsə alternativ qətimkan tədbirlərinin tətbiq edilməsinə üstünlük verilməlidir.

Bütün hallarda Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyində müəyyən edilmiş qaydada uşağın hüquq və azadlıqlarının təmin edilməsinin əsas prosessual təminatlarına riayət olunmalıdır.

Qeyd edək ki, yetkinlik yaşına çatmayan şəxslərə törətdikləri cinayətdən asılı olmayaraq maksimum 10 il həbs cəzası verilir.