Вернуться назад Распечатать

“9-11 Hazırlıq Məktəbi”nə 2026/2027 tədris ili üzrə qəbul başladı!

LANDAU School və “Leznik & Co.” tədris mərkəzinin birgə layihəsi olan “9–11 Hazırlıq Məktəbi” 2026/2027 tədris ili üzrə qəbulun başladığını elan edir!

“9–11 Hazırlıq Məktəbi” kurs əsaslı məktəb modeli ilə seçilir. Hazırda 750-dən çox şagirdin təhsil aldığı bu sistem nəticəyönümlü və effektiv metodika üzərində qurulub. Burada şagirdlər buraxılış, qəbul üzrə blok fənləri və xarici universitetlərə qəbul üzrə hazırlığı ayrı-ayrı ünvanlarda deyil, vahid tədris məkanında alırlar. Hazırlıq Azərbaycan və rus bölmələri üzrə təşkil olunur, eləcə də beynəlxalq proqramların (IELTS, TOEFL, SAT,) tələbinə uyğun olaraq müəyyən dərslər ingilis dilində həyata keçirilir.

Bu model şagirdi sadəcə imtahana hazırlamır, həmçinin konkret hədəfə yönəldir. Məhz bu yanaşma sayəsində “9–11 Hazırlıq Məktəbi” valideynlərin etibar etdiyi, şagirdlərin isə real akademik irəliləyiş əldə etdiyi bir tədris sisteminə çevrilib.

SAT, IELTS, AP, İngiltərə, Almaniya, Türkiyə və Çin istiqamətli proqramlar

Artıq yeni tədris ilindən etibarən proqram xətti beynəlxalq universitetlərin qəbul tələblərinə uyğun şəkildə tam yenilənmiş və gücləndirilmişdir.

2026/2027 tədris ilində təklif olunan yeni proqramlar aşağıdakı əsas istiqamətləri əhatə edir:

• Beynəlxalq qəbul üçün SAT və IELTS-in inteqrasiya olunduğu akademik proqramlar;

• Mühəndislik və biznes istiqamətləri üzrə AP (Advanced Placement) əsaslı hazırlıq;

• İngiltərəyə qəbul üçün NCUK International Foundation Year (IFY) proqramları;

• Almaniya universitetləri üçün German Math və TestDaF tədrisinə əsaslanan Studienkolleg - ə (hazırlıq ilinə) qəbula hədəflənmiş proqramlar;

• Türkiyənin aparıcı dövlət universitetlərinə qəbul üçün YÖS + TÖMER xətti;

• Çin universitetlərini hədəf götürən şagirdlər üçün mərkəzləşdirilmiş CSCA proqramına hazırlıq;

• 11-ci sinif şagirdləri üçün PreUniversity – qəbulöncəsi hazırlıq mərhələsi.

 

Nəticələrlə təsdiqlənən sistem

Bu gün “9–11 Hazırlıq Məktəbi”ndə:

• 750+ şagird təhsil alır;

• 100% universitetə qəbul göstəricisi əldə olunub;

• IELTS: 7.5+, SAT: 1350+, Buraxılış imtahanı: 200+ bal;

• 9-cu sinif üzrə 20-dən çox qırmızı attestat nəticəsi qeydə alınıb.

 

“9-11 Hazırlıq Məktəbi”nin üstünlükləri:

• Buraxılış imtahanı, yerli və xarici universitetlərin qəbul proqramlarına hazırlıq – vahid məkanda;

• Gündəlik 4 saatlıq dərs rejimi – vaxtın effektiv idarə olunması;

• Təhsil haqqının aylıq ödəniş imkanı;

• LANDAU School attestatı;

• LANDAU School-un Baş Akademik Direktoru Emil Leznik tərəfindən hazırlanmış xüsusi SAT metodikası;

Daha geniş imkanlar, daha rahat tədris

Yeni tədris ilindən etibarən hazırlıq proqramları iki korpusda təşkil olunur. “Zabitlər” korpusu ilə yanaşı, artıq “Gənclik” korpusu da (ünvan: Nərimanov rayonu, Molla Cümə küçəsi, 46E) fəaliyyətə başlayır.

2026/2027 tədris ili üçün aşağıdakı proqramlar üzrə qəbul açıq elan olunur:

9-cu sinif:

• Attestat + PreIELTS / PreTOEFL

• Attestat + German

10-cu sinif:

• Attestat + IELTS / TOEFL

• Attestat + IELTS / TOEFL + SAT

• Attestat + Qrup fənləri

• Attestat + Qrup fənləri + IELTS / TOEFL

• Attestat+TestDAF+Math in German (Studenkolleg hazırlıq proqramı)

• Attestat + IELTS + NCUK IFY engineering / science (Foundation hazırlıq proqramı)

• Attestat + IELTS + NCUK IFY business / economics (Foundation hazırlıq proqramı)

• Attestat+SAT+IELTS+ AP engineering

• Attestat+SAT+IELTS+ AP business

• TR YÖS + TOEFL + TÖMER

• Attestat + IELTS / TOEFL + SAT + CSCA (Çin universitetlərinə qəbul üçün mərkəzləşdirilmiş imtahan)

11-ci sinif:

• Attestat + PreUniversity

Uğurlu gələcək bu gündən formalaşır

2026/2027 tədris ili üzrə qəbul hazırda açıq elan olunub. Qeydiyyatdan keçmək üçün sadəcə www.landauschool.com saytına daxil olaraq “Müraciət et” bölməsində “9-11 Hazırlıq Məktəbi”ni seçməyiniz və ya birbaşa link vasitəsilə formu doldurmağınız kifayətdir.

Ətraflı məlumat üçün *3170 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.