Bakıda "İdrak" liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsinin son vəziyyəti məlum olub.
Liderxeber.az-ın əldə etdiyi məlumata görə, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü Şəhla Kamilova əməliyyat olunub və reanimasiyaya yerləşdirilib.
Vəziyyəti sabit-ağır olaraq qalır.
Bakıda "İdrak" liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsinin durumu bəlli olub.
Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən və Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Məlumatda qeyd olunub ki, bu gün saat 09:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu "İdrak" liseyindən çağırış qeydə alınıb:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.
Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır".