Вернуться назад Распечатать

Yasamalda avtomobil yandı

Paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində avtomobildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Liderxeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford transit” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilinin mühərriki və kabina hissəsi yanıb. Avtomobilin digər hissələri yanğından mühafizə olunub”, - məlumatda deyilir.