Вернуться назад Распечатать

Bakı-Ağstafa-Bakı istiqamətdə əlavə qatar reysləri təyin edildi

Artan sərnişin tələbatını təmin etmək məqsədilə 21-22 fevralda Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.