Вернуться назад Распечатать

Vətəndaşlara 1000 manat ödəniş ediləcək? - Rəsmi açıqlama

Sosial şəbəkələrdə bəzi şəxslərə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 1000 manat veriləcəyi barədə videoməlumat paylaşılıb.

Liderxeber.az xəbər verir ki, məsələ ilə bağlı DSMF açıqlama yayıb.

“Sosial şəbəkədə guya “1932-ci ildən 2017-ci ilədək dövrdə doğulanlara sosial fond tərəfindən 1000 manat ödəniş ediləcəyi” barədə paylaşılan videoməlumat yalandır. Məlumatda rəsmi siyahı və s. ilə tanış olmaq üçün izləyicilər profildəki linkə yönləndirilir ki, bu da dələduzluq yolu ilə onların kart məlumatlarını, nəticədə pul vəsaitlərini ələ keçirmək məqsədi daşıya bilər. Vətəndaşların diqqətinə çatdırırıq: Həmin saxta məlumata aldanmayın və məlumatda yönləndirilən linkə heç bir halda daxil olmayın”, - açıqlamada vurğulanıb.

Xəbəri rus dilində oxuyun: ГФСЗ предупреждает: выплаты в 1000 манатов — фейк