Вернуться назад Распечатать

Gəncədə maşın dəmir yolu xəttinə çırpılıb aşdı - Ölən var

Dünən Gəncədə ağır yol qəzası baş verib.

Liderxeber.az xəbər verir ki, 1961-ci il təvəllüdlü Hacıyev Nəriman Nəcəf oğlu sükanı arxasında olduğu “VAZ 21150” markalı avtomobillə şəhərin Natavan-2 qəsəbəsində hərəkətdə olarkən maşının sağ arxa təkərinin dəmir yolu xəttinə dəyməsi nəticəsində idarəetməni itirərək qəza törədib. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakt üzrə Gəncə şəhər BPİ-də cinayət işi başlanıb, istintaq aparılır.