Martın 5-də İran tərəfindən dron hücumundan sonra Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb. Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin Iğdır şəhərinə aviareyslər təşkil olunur.
Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, sərnişinlərin Iğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə AYNA tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir.
Qeyd edilib ki, Naxçıvan Avtovağzalından Iğdır hava limanı və əks istiqamətə daşımalar yeddi iritutumlu avtobusla həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.
Martın 5-dən indiyədək ümumilikdə 19 reys həyata keçirilib, 673 nəfər Naxçıvandan Iğdıra və əks istiqamətə daşınıb. Proses davam etdirilir.