Вернуться назад Распечатать

Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb

Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb.

Liderxeber.az xəbər verir ki, Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 20 ailə (81 nəfər), Xocalının Xanabad kəndinə isə 21 ailə (103 nəfər) köçürülür.