Вернуться назад Распечатать

Cəlilabadda ağır avtoqəza - Ölən və yaralılar var

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Liderxeber.az-ın məlumatına görə, hadisə martın 17-də gecə saat 2 radələrində şəhər ərazisində qeydə alınıb.

1997-ci il təvəllüdlü Səbran Əliyevin idarə etdiyi "KIA Rio" markalı və 1997-ci il təvəllüdlü Kamran Quliyevin idarə etdiyi "Changan" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində hər iki sürücü və "Changan"ın sərnişini, Cəlilabad rayon sakini - 1991-ci il təvəllüdlü Xəyal Bəşirov bədən xəsarətləri alaraq rayon xəstəxanasına yerləşdiriliblər. X.Bəşirov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.