Ordubadda qaya uçqunu baş verib.
Liderxeber.az xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, güclü yağan yağışlar nəticəsində Ordubad rayon Xurs-Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində qaya uçqunu baş verib.
Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb.
Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub.
Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb, yolda təhlükəsiz hərəkət bərpa olunub.