Вернуться назад Распечатать

Qulançar yığırdı, minaya düşdü

Ağdərədə mina partlayışı baş verib.

Liderxeber.az xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Məhərrəmov Mahir Abdullah oğlu qulançar yığan zaman piyada əleyhinə minaya düşüb.

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.