Вернуться назад Распечатать

Kəlbəcərə yeni köçürülən sakinlərə mənzillərin açarları təqdim edilib

Yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.

Liderxeber.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Prezidentin xüsusi nümayəndəliyi, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

15:14

Kəlbəcərə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb.

Liderxeber.az xəbər verir ki, bu mərhələdə şəhərə 27 ailənin (113 nəfər) qayıdışı təmin edilib.

Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.