Вернуться назад Распечатать

“Trampın açıqlamaları terrorizmi təşviq edir”

“ABŞ Prezidenti Donald Trampın açıqlamaları terrorizmi təşviq edir”.

Liderxeber.az xəbər verir ki, bunu İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin Baş katibi Antonio Quterreşə məktubunda bildirib.

O, Trampın müharibəni təşviq edən açıqlamalarına etirazını çatdırıb.

Diplomat vurğulayıb ki, mülki şəxsləri və onların infrastrukturlarını, xüsusən enerji obyektləri və həyati əhəmiyyətli infrastrukturu hədəf almaq müharibə cinayəti hesab olunur.

İrəvani bu cür hərəkətləri “açıq dövlət terrorizmi” adlandıraraq, Trampın açıqlamalarının beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.

O əlavə edib ki, belə pozuntular qarşısında susmaq BMT-nin əsas prinsiplərini zəiflədə və müharibə cinayətlərinin normallaşmasına səbəb ola bilər.

Qeyd edək ki, Tramp çıxışında bildirib ki, İran atəşkəs təklifini qəbul etməsə, elektrik stansiyalarına və digər vacib infrastrukturlara qarşı hərtərəfli hücumlar həyata keçiriləcək.