Вернуться назад Распечатать

“Bakı və İrəvanın münasibətlərinin normallaşdırılması Aİ üçün vacibdir”

“Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması Avropa İttifaqı (Aİ) üçün son dərəcə vacibdir”.

Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas xarici işlər nazirlərinin görüşündən əvvəl söyləyib.

Gündəlikdə duran məsələlər haqqında danışarkən Kallas görüş zamanı Aİ-nin Ermənistanda yeni missiyasının, həmçinin regionda nizamlanma prosesinin daha da inkişaf etdirilməsinin müzakirə olunacağını deyib.