Вернуться назад Распечатать

Metrodakı hadisədə 2 qadın xəstəxanalıq olub - Biri hamilədir

Bu gün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı metrosunda baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub. 

Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, təcili tibbi yardım briqadaları tərəfindən 2 qadına - 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

9 nəfərə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.