Вернуться назад Распечатать

WUF13 tədbirinə 800-dən çox media nümayəndəsi qeydiyyatdan keçib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) işıqlandırmaq üçün indiyədək 800-dən çox media nümayəndəsi qeydiyyatdan keçib.

Liderxeber.az-ın məlumatına görə, tədbirə qatılacaq KİV təmsilçilərinin təxminən 70 faizi yerli jurnalistlər olacaq.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası 17-22 may 2026-cı il tarixlərində Bakıda reallaşacaq.

Məlumat üçün bildirək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün 175 ölkədən 21 mindən çox şəxs indiyədək qeydiyyatdan keçib.