Вернуться назад Распечатать

"Sumqayıt" 50-yə çatdı

"Sumqayıt" futbol klubu Azərbaycan Premyer Liqası tarixində özünün yubiley - 50-ci səfər qələbəsini rəsmiləşdirib.

Liderxeber.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu əlamətdar hadisə Misli Premyer Liqasının XXIX turu çərçivəsində baş tutub.

Rəqib meydanında "İmişli" ilə üz-üzə gələn "gənclik şəhəri" təmsilçisi inamlı oyun nümayiş etdirərək 2:0 hesablı üstünlük qazanıb.

Komanda bu yubiley qələbəsinə özünün 233-cü səfər matçında imza atıb. Nəticədə "Sumqayıt" turnir tarixində rəqib meydanında ən azı 50 və daha artıq qələbə qazanan 12-ci klub ünvanına sahib çıxaraq, bu xüsusi göstəricidə "Şəmkir"lə bərabərləşib.

Xatırladaq ki, Sumqayıtın eyniadlı təmsilçisinin səfərdə qazandığı ilk qələbə 2011/2012 mövsümündə qeydə alınıb. Komanda 2011-ci ilin 5 noyabr tarixində səfərdə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etməyi bacarmışdı.