Вернуться назад Распечатать

Kallas sabah Azərbaycana gəlir

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas mayın 5-də Azərbaycana səfər edəcək.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumat Avropa Xarici Fəaliyyət Xidmətinin saytında yer alıb. 

Bildirilib ki, Kallas səfər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, eləcə də xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.