Respublikamızın hər yerində olduğu kimi Abşeron rayonunda da şəhidlik zirvəsinə ucalan qəhramanlarımıza və onların ailə üzvlərinə göstərilən diqqət davam etdirilir. Vətən müharibəsində öz canı və qanı bahasına vətənini müdafiə edən, Prezident tərəfindən göstərdikləri şücaət və qəhrəmanlıqlarına görə orden və medallarla təltif olunan igidlərimizin anım günləri Abşeron rayonunda qeyd edilib.
Liderxeber.az xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları - Rizvan Nəbiyev və Zaur Şükürov, RİH-nin məsul əməkdaşları, RİH yanında İctimai Şuranın və Abşeron Rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri və qazilər birgə şəhidlərimiz – Ruslan İsmayılov, Əmrah Səfərli, Mahmud Məlikov, Asif Ataşov, Azad Yolçuyev, Əsəd Həsənov, Ülvü Hüseynov, Rəşad Mehdiyev, Səxavət Abbasov, Elgün Muradov, Səbuhi Məcidov, Fərid Məmmədov, Azər Salmanov, Anar Cavadzadə, Vüsal Tahirov, Vüqar Heydərov, Rauf İbadovun doğum günlərində məzarlarını ziyarət edib, qəhrəmanlarımızı ehtiramla anaraq ruhlarına dualar oxuyub.
O cümlədən şəhidlərimiz - Ayaz İmanzadə, Elyar Vəliyev, Əli Ələkbərov, Fariz Həsənov, Elyar Vəliyev, Kamran Kazımov, Ramiq Ağayev, Fərrux Bayramov, eləcə də RİH-nin əməkdaşı olmuş şəhid Ramil Ağayevin övladının doğum günlərində ailələrə baş çəkilib.
Şəhidlərimizin anım günlərində Prezident İlham Əliyevin uzaqgörən siyasəti, siyasi iradəsi ilə ölkəmizin misilsiz uğurlar qazandığı qeyd olunub. Bildidirilib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən abadlıq-quruculuq işləri, o cümlədən soydaşlarımızın öz yurdlarına geri dönməsi Qarabağa həyatı yenidən qaytarıb. Vurğulanıb ki, respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. RİH-nin başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək ailələrlə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini, həyatlarının hər anında bunu hiss etdiklərini qeyd edərək bütün bunlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyeva təşəkkürlərini ifadə ediblər.









