“Hüquq müdafiəçiləri klubu” layihəsi çərçivəsində Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə növbəti maarifləndirici tədbir keçirilib.
Liderxeber.az xəbər verir ki, şagirdlərin hüquqi biliklərinin artırılması və məhkəmə proseslərinin mahiyyətinin mənimsənilməsi məqsədilə cinayət işi üzrə məhkəmə simulyasiyası həyata keçirilib.
Tədbirdə klubun 12 nəfər fəal üzvü hakim, prokuror, vəkil, müttəhim və şahid rollarında çıxış edərək cinayət mühakiməsinin mərhələlərini real şəraitə uyğun canlandırıblar. Simulyasiya zamanı şagirdlər ittihamın irəli sürülməsi, müdafiə tərəfinin arqumentləri və hüquqi terminologiyadan istifadə sahəsində öz praktik bacarıqlarını nümayiş etdiriblər.