Вернуться назад Распечатать

Zəngilan şəhəri və Cəbrayıl rayonu daha 479 sakininə qucaq açır: Növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Liderxeber.az-ın məlumatına görə, bu gün Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə Zəngilan şəhərinə 5 ailə - 26 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 107 ailə - 453 nəfər köçürülür.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.