Вернуться назад Распечатать

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Bakıda sirkədən zəhərlənən kişi xəstəxanada vəfat edib.

Liderxeber.az xəbər verir ki, hadisə iyunun 12-də Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Beyləqan rayon sakini Yalçın Abdullayev sirkədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, iyunun 22-də orada vəfat edib.

Onun hansı şəraitdə sirkə turşusu içdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.