Вернуться назад Распечатать

Motosiklet və moped qəzalarında ölənlərin sayı açıqlandı - 5 ayda

Paytaxt ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopdelərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 6 fakt, qəza nəticəsində ölənlərin sayı 5 nəfər, xəsarət alanların sayı isə 1 nəfər olub.

Bu barədə Liderxeber.az-a Bakı Şəhər DYP İdarəsindən məlumat verilib. 

Bildirilib ki, statistik rəqəmlərdə azalma müşahidə olunsa da, hadisələrin qarşının alınması istiqamətində idarə tərəfindən davamlı olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir.

“Xüsusilə də iyun ayının əvvəlindən bu günə kimi sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya dəyişdirilmiş 79 motosiklet və moped aşkar edilərək mühafizə olunan duracaqlara yerləşdirilib. Sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilib”, - məlumatda qeyd olunub.