Вернуться назад Распечатать

Onlar viza tələblərindən azad edildi

“Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanun imzalayıb.

Qanuna əsasən, 2026-cı il mayın 4-də Kito şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.