"Təəssüf ki, başqa ölkələrdəki hərbi münaqişələrdə Azərbaycan vətəndaşlarının iştirakına şahid oluruq".
Liderxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının baş nazirinin müavini, xarici işlər və mühacirlər naziri Əymən Əs-Səfadin ilə birgə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu, müxtəlif vədlər - pul və yollarla həyata keçirilir:
"Bir daha Azərbaycan vətəndaşlarına çağırış edirik ki, bu fakt Azərbaycanda cinayət hesab olunur, bu qanunvericiliyin pozulmasıdır. Bu kimi hərəkətlər, hətta Azərbaycan vətəndaşlığından məhrumedilmə ilə nəticələnə bilər".