Naxçıvan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsi ləğv edilib.
Liderxeber.az-ın əldə etdiyini məlumata görə, bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara əsasən, qanunvericilikdə nəzərdə tutulmuş məsələlərin həlli məqsədilə beş gün müddətində Nazirliyin, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin və İdarənin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaradılır.
Qeyd edək ki, son bir həftə ərzində "Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxsi (PHŞ) ləğv edilib, həmçinin "Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" PHŞ-nin və Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşmə formasında yenidən təşkili yolu ilə Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi" PHŞ yaradılıb.