Xəbər verdiyimiz kimi, bu gündən “Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsinin icrasına başlanılıb.
Liderxeber.az-ın məlumatına görə, bu gündən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb.
11 ay davam edəcək vəziyyətin kompensasiya edilməsi məqsədilə dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrut fəaliyyət göstərir.