Вернуться назад Распечатать

Yeddinci sinif şagirdi Filippindəki məktəbdə atəş açdı: Ölənlər var

Filippinin cənubundakı Zamboanqa şəhərində yeddinci sinif şagirdi məktəbdə silahdan atəş açıb.

Liderxeber.az bununla bağlı "Assoсiated Press" nəşrinə istinadən xəbər verir.

yerli hakimiyyət orqanlarının məlumatına görə, məktəbli odlu silahdan iki dəfə atəş açıb. Bildirilib ki, o, insidentin sosial şəbəkədə canlı yayımlanması üçün yaxa kamerasından istifadə edib.

Qeyd olunub ki, məktəbli əvvəlcə müəllimə, daha sonra şagirdə hücum edib. Müəllimin vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur, şagird isə hadisə yerində ölüb. İnsidentdən sonra məktəbli intihar edib.