Вернуться назад Распечатать

Qurban Qurbanovdan yeni transfer elanı

“Qarabağ” heyətə yeni futbolçu qatıb.

Liderxeber.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib. 

O, futbolçunun kimliyini açıqlamayıb: “Ötən gün yeni transferi iştirak ərizəsinə salmalı idik, amma alınmadı”. 

Təcrübəli mütəxəssis həmçinin Jeremi Qnalinin komandadan gedə biləcəyini də sözlərinə əlavə edib: “Ona bildirmişik ki, özünə klub tapa bilər”.