Вернуться назад Распечатать

Naxçıvanın bəzi əraziləri qazsız qalıb

Bu gün Naxçıvanın iki yaşayış məntəqəsi qazsız qalıb.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən Kəngərli rayonunun Qıvraq qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Həmçinin saat 14:30-dan etibarən Naxçıvan şəhərinin Qaraçuq kəndinin qaz təchizatında da işlər yekunlaşanadək fasilə olacaq.