Gecə saatlarından başlayaraq Göygöl rayonuna yağan güclü yağış rayonun Zurnabad kəndinin əsas avtomobil yolunda ciddi problemlərə səbəb olub.
Liderxeber.az xəbər verir ki, sel suları kəndə aparan avtomobil yolunu sıradan çıxarıb.
Hadisə yerinə ağır texnikalar cəlb edilib. Hazırda yolun açılması istiqamətində işlər aparılır.
Məlumat üçün bildirək ki, gecə saatlarında Gəncə ətrafı bölgələrə yağan yağışlar sonrası dağ kəndlərində gediş-gəlişdə ciddi çətinliklər yaranıb.