Вернуться назад Распечатать

Bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanıb?

Bakı şəhəri 98 nömrəli bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanması ilə bağlı iddialar yayılıb. 

Liderxeber.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, qeyd edilən məsələ ilə bağlı idarə tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi vurğulanıb.

İddiaya görə, bağçaya gedən uşağın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib və analizlərin cavabına əsasən, onun qanında psixotrop maddə aşkarlanıb.

Məsələ ilə bağlı ərazi üzrə polis şöbəsində təhqiqat araşdırması aparılır.