3 yaşlı uşağın ət maşınında ağır yaralanan əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib.
Liderxeber.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat hadisədən təxminən 7 saat sonra Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında icra edilib.
Travma nəticəsində uşağın sol əl biləyi və əl daraqları, həmçinin baş, işarə, orta və üzük barmaqları metakarpofalangeal oynaq səviyyəsində tam amputasiya olunub.
Beş həkim tərəfindən təxminən 8 saat davam edən əməliyyatdan sonra xəstə 24 saat ərzində reanimasiya şəraitində intensiv monitorinq altında saxlanılıb və 2 gündən sonra palataya köçürülüb.
Hazırda xəstənin ümumi vəziyyəti qənaətbəxşdir.


